22 Aprel 2019
21 Aprel 2019
Təyyarəni ildırım vurdu - VİDEO
Təyyarəni ildırım vurdu -VİDEO VİDEO 00:20 2019-03-14

Böyük Britaniyadan Qambiyanın Banjul şəhərinə uçan Airbus-A321 hava gəmisi fırtınaya düşüb. 

Unikal.org xəbər verir  ki, təyyarədəki sərnişinlərdən birinin çəkdiyi videonu Daily Mail yayımlayıb.

Havaya qalxdıqdan bir dəqiqə sonra təyyarə boz buludların arasına girib və kəskin hava şəraiti ilə qarşılaşıb.

Kadrlarda təyyarənin qanadını ildırımın necə vurması aydın görünür. Təyyarəyə zərər toxunmasa da, pilot təhlükəsizlik üçün yenidən hava limanına qayıdıb.

Sərnişinlər başqa reyslə yola  salınıb.