Səhər saatlarında Ankara dəmir yolunda qəza baş verib.

Unikal.org xəbər verir ki, qəza hərəkətdə olan yük qatarının relsdən çıxması səbəbindən baş verib. 4 vaqonun relsdən çıxması nəticəsində yanacaq ətrafa dağılıb.

Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayanıb. Hadisə yerinə qəza-xilasetmə briqadası cəlb olunub.

İnsident nəticəsində xəsarət alan olmayıb. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.