İsrail ordusu Tel-Əvivdə baş verən terror hadisəsindən sonra İordan çayının qərb sahillərinə yüzlərlə canlı qüvvə göndərir.
Unikal.org ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, bu barədə ordu mətbuat xidmətindən bildirilib. 
"İordan çayının qərb sahillərində hərbi varlığımızı gücləndirmək barədə qərar qəbul olunub. Gün ərzində bölgəyə iki batalyonun göndəriləcəyi gözlənilir",- deyə ordudan məlumat verilib.
Hərbi ekspertlər göndəriləcək canlı qüvvənin sayının 700-800 arasında olduğunu və hazırda böləgədə daimi olaraq 10 mindən çox hərçinin xidmət etdiyini vurğulayıb.
İsrail müdafiə ordusu terror hücumu barədə məlumat alan kimi çox qərarlı və tez hərəkət etdi. "Biz bütün lazımı tədbirləri görürük. İndi detallar və təfsilatlatlar barədə  danışmağın vaxtı deyil. Biz vəziyyəti dəyişəcəyik", - deyə İsrail müdafiə naziri Aviqdor Liberman öz "Facebook" səhifəsində bildirib.
İsrailin bu addımı Tel-Əvivdə baş verən terror hadisələrinə cavab olaraq atdığı deyilir.
İsrailin Təl-Əviv şəhərində ötən gün silahlı insident olub. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağır dəyərləndirilib.