Astanada Azərbaycanın kişi şahmatçılarının da qatıldığı komandalararası dünya çempionatı başa çatıb.

Unikal.org xəbər verir ki, komandamız son turda Misir şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlub edib. Doqquz turun yekununda 8 xal toplayan Azərbaycan komandası yeddinci yerə sahib olub. 

Rusiya komandası 16 xalla dünya çempionatının qalibi olub. İngiltərə şahmatçıları 13 xalla ikinci, Çin yığması isə 12 xalla üçüncü yeri tutub.