Venesuelada bir nəfər də olsun amerikalı diplomat qalmayıb

Bütün amerikalı diplomatlar Venesuelanı tərk edib.

Unikal.org-un TASS-a istinadən yaydığı xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Maykl Pompeo bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın Venesueladakı diplomatik nümayəndəliyinin bütün əməkdaşları cümə axşamı ölkəni tərk edib.