Rusiyada erməni iş adamı Qevorq Tumanyan qətlə yetirilib.

Unikal.org  Rusiya KİV-lərinə istinadən xəbər verir ki, cinayət hadisəsi Moskva vilayətinin Mıtişi şəhərində baş verib. 

Naməlum şəxslər topdan satışla məşğul olan erməni biznesmeni yaşadığı evin qarşısında güllələyərək hadisə yerindən uzaqlaşıblar. Qevorq Tumanyan aldığı güllə yarasından ölüb. 

Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Polis cinayəti törədən şəxsərin axtarışına başlayıb.