Boliviyada güclü zəlzələ baş verib.

Unikal.org-un  məlumatına görə, maqnitudası 6 olan yeraltı təkanlar səhər saatlarında qeydə alınıb.

Zəlzələnin episentri Koçabamba şəhərindən 68, Tarata şəhərindən isə 39 km cənubda yerləşib, dərinlik 55 km olub.

Tələfat və dağıntı barədə məlumat verilmir.