Yeni Zelandiyanın Kraysçörç şəhərində yerləşən iki məscidə cümə namazı vaxtı silahlı basqın edilib.  Hücum nəticəsində 40 nəfər həyatını itirib.   Yeni Zelandiya Baş naziri Casinda Arden hücumd zamanı 40 nəfərin öldüyünü və 48 anəfərin yaralandığını açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisəni törədən şəxsin  silahlı hücumu zamanı sosial şəbəkədə canlı yayım açdığı ortaya çıxıb. Hücum əsnasında məsciddə, cümə namazı üçün 200 adamın olduğu bildirilib. Baş nazir hadisə ilə bağlı belə açıqlama verib:

“Sərrast atıcı ilə ChristChurch'te ciddi və davam edən bir hadisə baş verir. Hadisə yerində olan polis əməkdaşlarıvəziyyətə nəzarət edir. Polis Kraysçörç bölgəsində yaşayan sakinlər hadisə yerindən uzaqlaşdırılıb və küçələrə çıxmamaları tövsiyyə edilib. Hmçinin məscidlərə bir müddət gedilməməsi deyilib". 

Bundan əlavə bildirilib ki, şübhəli bilinən 3 kişi bir qadın olmaqla 4 nəfər saxlanılıb.