Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Habertürk TV, Show TV və Bloomberg HT ortak canlı yayımında aparıcı Veyis Ateş, Ece Ünerin suallarını cavablandırıb.
Unikal.org
xəbər verir ki, prezident canlı yayımda ona gündəlik həyatı ilə bağlı ünvanlanan suallara maraqlı cavablar verib. 
Ərdoğan aparıcı Veyis Atəşin "Gündəlik həyatınızda özünüzə vaxt ayıraraq, iki yumurta qıra bilirsinizmi?" sualına belə cavab verib:
“Ən asanını deyirsən, iki yumurta qırmaq nədir ki... Biz hər zaman bunu edirik. Evdəki yoldaşlar hazırlıq edirlər. Mənə (yeməyi üçün) hər gün 3 yumurta lazımdır. Bəzən qovurma, bəzən basdırma yeyirəm" ifadələri ilə cavab verib. 
Aparıcı Ərdoğana yumurtanı özünüz bişirisizmi sualına o belə cavab verib: "O qədər da deyil" deməsi izləyənləri güldürüb.