Suriyada növbəti dəfə terror aktı törədilib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Əl-Baquz yaşayış məntəqəsində qeydə alınıb.

“Suriya Demokratik Qüvvələri”nin silahlı birləşmələrinin nümayəndələrinin açıqlamalarına görə, ərazidə üç intiharçı qadın özünü partladıb.  Hadisə nəticəsində ölən və yaralananların sayı barədə məlumat verilmir.

Qeyd olunur ki, terror aktı SDQ-nin təqdim etdiyi təhlükəsiz dəhlizlə Əl-Baquzu tərk edən dinc sakinlər və təslim olan terrorçuların toplanma məntəqəsində törədilib.