Yeni Zelandiya hökuməti yarıavtomatik silahların satışını qadağan edə bilər.

Unikal.org “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş prokuroru Devid Parker “The New Zealand Herald” qəzetində bildirib.

Onun sözlərinə görə, ekstremizmin yaratdığı qlobal təhlükənin artımı ilə əlaqədar silahların istifadəsi haqqında qanunda  dəyişikliklər edilməsinin vaxtı çatıb. O həmçinin bildirib ki, “hökumət yarıavtomat silahların sərbəst satışını bir çox ölkələrdəki kimi qadağan edə bilər”.