Dünyaca məşhur ifaçı Riki Martin  Yeni Zelandiyada məsciddə törədilən terrorla bağlı xristian ölkələrini tənqid edib. 

Unikal.org xəbər verir ki, Martin sosial şəbəkədə şəxsi səhifəsində terror hücumuna görə, dünya mediasını sərt tənqid də edib. Xüsusilə Avropa ölkələrinin terror mövzusundakı iki üzlülüyünə vurğu edən Martin paylaşımında bu ifadələri işlədib;

"Bir adam namaz qılan 40 dan çox insanı öldürüb, 20 nəfəri yaraladı. Bütün beynəlxalq media onu təcavüzkar ya da radikal olaraq xarakterizə edərkən terrorist demir. Niyə? Çünki o müsəlman deyil."