Bərdə rayonunda ölüm hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hadisə rayonun Çələbilər kəndində qeydə alınıb.

Belə ki, 1970-cu il təvəllüdlü Sevinc Süleymanova yaşadığı evdə qəflətən halı pisləyib. O, "Təcili tibbi yardım" avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

S.Süleymanovun yaxınları 49 yaşlı qadının ürəktutmasından dünyasını dəyişdiyini bildiriblər.