20 İyun 2019
Məsciddə 50 müsəlmanı gülləbaran edən terrorçu məhkəməyə belə gətirildi - VİDEO
Məsciddə 50 müsəlmanı gülləbaran edən terrorçu məhkəməyə belə gətirildi -VİDEO DÜNYA 13:20 2019-03-16

Yeni Zelandiyada iki məscidə  (Al Noor və  Linwood) hücum edərək 50 müsəlmanın ölümünə səbəb olan terrorçu 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarrant Christchurch Region Məhkəməsinə çıxarılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terrordan sonra ilk dəfə KİV-lərin iştirakı ilə məhkəmə qarşısına çıxarılan terrorçu Tarrant etdiyi əl işarəsi ilə diqqət çəkib.

Christchurch məhkəməsi törətdiyi cinayəti  qəbul etməyən cani qatilin 5 aprelə qədər həbsdə qalmasına qərar verib. Polis ona qarşı yeni ittihamların qaldırılacağını desə də, detalları hələlik açıqlamayıb.

Tarrant məhkəmə prosesi zamanı törətdiyi əmələ görə peşmanlıq ifadə etməyib, hətta jurnalistlər foto çəkən zaman nasist (Alman faşist ideologiyası) jestlər göstərib.

Qeyd edək ki, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern  bildirib ki, terrorçu hücumlarda 2-i yarı avtomatik 5 silah istifadə edib. Təcavüzkar bu silah lisenziyasını  2017-ci ildə alıb.

 


  • Məsciddə 50 müsəlmanı gülləbaran edən terrorçu məhkəməyə belə gətirildi -VİDEO