İtaliyanın sabiq baş naziri Silvio Berluskoni gələn həftə ürəyindən əməliyyat olunacaq.
Unikal.org xarici KİV-ə istinadən  xəbərə verir ki,  bu barədə Berluskoninin şəxsi həkimi bildirib. Əməliyyat zamanı Berluskoninin ürəyində zədələnmiş aorta qapağı dəyişdiriləcək.
Qeyd edək ki, 4 dəfə İtaliyanın baş naziri olmuş 79 yaşlı Silvio Berluskoni iyunun 7-də xəstəxanaya yerləşdirilib.