ABŞ prezidenti Donald Tramp Yeni Zelandiyada iki məscidə  (Al Noor və  Linwood) hücum nəticəsində 50 müsəlmanın ölümünə səbəb  terror hadisəsi ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Donald Tramp dünyanın gözü qarşısında baş verən hadisəni terror kimi deyil, "bərbad" hadisə kimi qiymətləndirib:

Ağ evdə keçirdiyi mətbuat konfransında jurnalistin hücumun "ağ irqçilik" ifadəsinin artımıyla əlaqəsinin olub-olmadığıyla bağlı sualına Tramp belə cavab verib:  "Məncə xeyr. Bu hadisənin təşkil edənlər çox ciddi problemləri olan kiçik bir qrup olduğunu düşünürəm. Əgər Yeni Zelandiyada olanlara baxsanız, bəlkə vəziyyət budur. Mövzu haqqında hələ çox şey bilmirəm".

Buhadisəni təşkil edənlərin manifestini görmədiyini deyən Tramp baş verənləri "qorxunc, bərbad hərəkət" adlandırıb.