Gürcüstanın paytaxtı Tbilisinin Ortaçala rayonunda tikilməkdə olan binadan 3 fəhlə yıxılıb.

Unikal.org xəbər verir ki, nəticədə 1 fəhlə hadisə yerində ölüb, 2-si müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alan fəhlələr xəstəxanaya yerləşdiriliblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı, tikinti işləri zamanı təhlükəsizlik normalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.