Moskvada azərbaycanlı qız üstündə Tacikistan vətəndaşını güllələyib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxt kafelərindən birində baş verib. Tərəflər qızla rəqs etmək üstündə mübahisə ediblər, daha sonra hər ikisi küçəyə çıxıb. Bu zaman Azərbaycan vətəndaşı silahla tacikə arxadan atəş açıb. 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Atəş açan şəxs isə hadisə yerini tərk edib. Hazırda polis əməkdaşları onun axtarışındadır.