20 Oktyabr 2019
19 Oktyabr 2019
Avropa çempionatı yeni qaydalarla keçiriləcək
Avropa çempionatı yeni qaydalarla keçiriləcək İDMAN 00:22 2016-06-10

 
Bu gün Fransada start götürəcək və iyulun 10-dək davam edəcək Avropa çempionatı futbol qaydalarına düzəlişlərlə keçiriləcək ilk turnir olacaq.
Unikal.org xarici mediaya istinadən bildirir ki, Beynəlxalq futbol assosiasiyası şurasının (İFAB) qəbul etdiyi bu düzəlişlər iyunun 1-dən qüvvəyə minib. 
Beləliklə, bu yarışda start fitindən sonra topu təkcə irəli yox, istənilən səmtə vurmaq olacaq. Futbolçu ilə toqquşmada zədə alan, eyni zamanda buna görə sarı və qırmızı vərəqə ilə cəzalandırılana yubanmadan meydançadan kənarda yox, elə yerindəcə tibbi yardım ediləcək.
Avropa çempionatında "üçqat cəza" adlandırılan qaydaya dəıyişikliklə bağlı iki illik sınaq müddəti də tətbiq ediləcək. Əvvəllər cərimə meydançasında sonuncu ümid qoluna görə penalti, qırmızı vərəqə və oyunçunun cəzalandırılması tətbiq olunurdu. İndi isə hakimlər qırmızı yox, sarı vərəqə göstərəcəklər.
Avropa çempionatında həm də ilk dəfə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün qapının müəyyən texnologiyadan istifadə ediləcək. Bu zaman kompüter sistemi və baş hakimin əlavə yardımçıları birlikdə işləyəcəklər.