Amerikanın Texas ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident Hyuston şəhərində Uilyam P.Hobbi adına hava limanı yaxınlığında baş verib.
Hadisə yerindən çəkilən kadrlardan təyyarənin park edilmiş avtomobilin üzərinə düşdüyü görünür. Şahidlərin sözlərinə görə, insident zamanı avtomobildə heç kim olmayıb.