Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 10 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Unikal.org-un məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 34 nəfər azadlığa buraxılıb. 

Əfv olunanlardan biri AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır. Ona arayış təqdim olunub və azad edilib. 

Azadlığa buraxılanlar ölkə başçısı İlham Əliyevə təşəkkür ediblər. 

Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.