Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Salyan rayonunun Yenikən kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Unikal.org-un məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin nümayəndələri, hüquq müdafiəçisi Rauf Zeyni və KİV təmsilçiləri də iştirak ediblər.

Bu müəssisədə cəza çəkən 13 nəfər azadlığa buraxılıb və onlara arayışlar təqdim olunub.

Əfv olunaraq azadlığa çıxan şəxslər sərəncama görə dövlət başçısına təşəkkür ediblər. 

Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.