"Barselona" "Atletiko"dan Antoine Qrizmannın transferi üçün yenidən hərəkətə keçib.

Unikal.org xəbər verir ki, bundan əvvəl 100 milyon avroluq təklifi qəbul olunmayan Kataloniya klubu yeni təklif hazırlayıb. Fransanın "L`Equipe" nəşrinin məlumatına görə, "Barselona" futbolçunun özünə 2024-cü ilədək müqavilə və illik 16 milyon avro maaş təklif edəcək.

Kataloniyalılar həmçinin "Atletiko"ya 120 milyon avro təklif edəcək. "L`Equipe" iddia edib ki, bu təklif böyük ehtimalla qəbul olunacaq.