Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalındakı Hakurk bölgəsində terror düşərgələrini bombalayıb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verirki, antiterror əməliyyatı nəticəsində 12 terrorçu zərərsizləşdirilib. 

Məlumata əsasən, məhv edilən terrorçulardan biri axtarışda olan “Havar Bedran” ləqəbli Serkan Tüncerdir.