22 Aprel 2019
21 Aprel 2019
“Bavariya” darmadağınla zirvədəki yerini qaytarıb
“Bavariya” darmadağınla zirvədəki yerini qaytarıb İDMAN 00:22 2019-03-18

Almaniya Bundesliqasında XXVI turun son oyunları keçirilib. 

Unikal.org-un məlumatına görə, çempionluq uğrunda mübarizə aparan “Bavariya” bir günlük fasilədən sonra liderliyi geri qaytarıb.

Münhen təmsilçisi buna “Mayns”la matçda nail olub. Rəqibini darmadağın edən “Bavariya” Dortmund “Borussiya”sına çatıb və əlavə göstəricilərdə birinci yerə sahib çıxıb.

Mükafatlara iddialı “Ayntraxt” autsayder “Nürnberq”lə qarşılaşıb. Frankfurtlular ev oyununda çətin qələbə qazanıblar – 1:0.

“Verder” isə səfərdə 3 xal qazanıb. Bremenlilər “Bayer”i 3:1 hesabı ilə üstələyiblər.