Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, qadın sürücü “Hyundai” markalı avtomobili park etmək istəyərkən əyləc əvəzinə qazı basıb və nəticədə maşın yaxınlıqdakı hündürlükdən aşıb. 

Hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 63-ün qarşısında qeydə alınıb. 

Sürücü xəsarət almayıb.