20 İyun 2019
Siyəzəndə azot gübrəsinin satışı həyata keçirildi - FOTO
Siyəzəndə azot gübrəsinin satışı həyata keçirildi- FOTO CƏMİYYƏT 10:32 2019-03-18

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. 

Unikal.org xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar,Saatlı, Kürdəmir, Xaçmaz rayonlarının ardınca növbəti səyyar satış mart ayının 16-da Siyəzən rayonunun Qozağacı kəndində baş tutub. Satış zamanı Qozağacı və ətraf 4 kənd 33 vətəndaş müracət edərək 21,15 ton ammonium nitrat gübrəsi əldə ediblər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.


  • Siyəzəndə azot gübrəsinin satışı həyata keçirildi- FOTO