22 Aprel 2019
21 Aprel 2019
ADU-da Çinin ümumxalq tədris gününə həsr olunmuş seminar keçirildi
ADU-da Çinin ümumxalq tədris gününə həsr olunmuş seminar keçirildi CƏMİYYƏT 10:54 2019-03-18

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Ley Fen ilə ümumxalq tədris günü"nə həsr olunmuş "Çinli gənclərin vətənpərvərlik tərbiyəsində qəhrəman obrazı" adlı tələbə seminarı keçirilib.  

Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çinin milli qəhrəmanı Ley Fenin cəmiyyət qarşısındakı fədakar xidmətlərindən söz açıb, onun yarım əsrdən çox müddətdə Çin gəncləri arasında nümunə olduğunu qeyd edib. Professorun sözlərinə görə, Ley Fen də Konfutsi, Sun Yatsen, Mao Tszedun və Den Syaopin kimi Çin tarixinin ən məşhur şəxsiyyətlərindən biridir.  Ley Fen sosialist bazar iqtisadiyyatının inkişafı və islahatlarının hazırkı mərhələsində Çin cəmiyyətində dürüst və çalışqan, ideal Çin modelidir.  

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Jin Çinvey Ley Fenin həyat və əmək şücaətlərindən bəhs edərək, onun vətənə, xalqa, yoldaşlarına münasibətdə səmimiyyəti və digər insanlara qarşı sadiqlik və məhəbbət kimi xüsusiyyətlərini qeyd edib.  

Sonra Çin qəhrəmanının həyat və fəaliyyəti haqqında film nümayiş olunub.  
 


  • ADU-da Çinin ümumxalq tədris gününə həsr olunmuş seminar keçirildi
  • ADU-da Çinin ümumxalq tədris gününə həsr olunmuş seminar keçirildi