Martın 18-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərişıq” ASC ilə birlikdə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar və elektron müraciət sisteminin təqdimatını keçirib.

Unikal.org xəbər verir ki, tədbirdə “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq, bu sahədə bir sıra işlər görüldüyü və ümumi proseslərin sadələşdirildiyi deyilib.

Qeyd edilib ki, həmçinin sahibkarlara elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi imkanları yaradılıb. Sonrakı mərhələdə isə fiziki qoşulmanın təmini məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində və “ASAN Kommunal” mərkəzlərində edilməsi üçün şərait mövcuddur.