AVRO-2020-nin seçmə mərhəsinin I turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri bəlli olub.

Unikal.org xəbər verir ki,  görüş Georgi Kabakovun rəhbərlik etdiyi Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb. 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.