Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 mln. manatlıq məhsul istehsal edilib.

Unikal.org-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, maşın və avadanlıqların istehsalı 80,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,5% azalıb.

Dövr ərzində 288 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu ilin yanvar-fevral aylarında ölkədə 176 ədəd minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 48,5%, ştanqlı quyu nasoslarının istehsalı 32,4% artıb.