Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb və bir neçə nəfər yaralanıb.

Unikal.org “Evening Standard”a istinadən xəbər verir ki, yerli polis sakinləri hadisə yerindən uzaq olmağa çağırıb.

Hadisə səhər saat 10:45 radələrində Oudenrijn Xəstəxanası ətrafındakı tramvay stansiyasında baş verib. Tramvay içərisində həyata keçirilən hücum səbəbindən yaralıların olduğu və ən az 1 nəfər həyatı itirib. 

Hollandiyanın hüquq-mühafizə orqanları cinayətin terror motivli olduğunu istisna etmirlər.

Hadisə yeri - "24 Oktoberplein" meydanını polis əhatəyə alıb.

Hələlik təfərrüat barədə məlumat yoxdur.