22 Aprel 2019
21 Aprel 2019
Kooperasiya Universitetində Novruz Bayramı qeyd olundu
Kooperasiya Universitetində Novruz Bayramı qeyd olundu CƏMİYYƏT 16:40 2019-03-18

Bu gün Azərbaycan Kooperasiya Universitetində Novruz Bayramı təntənəli qeyd olunub.

Unikal.org xəbər verir ki, Universitetin müəllim və tələbələrinin iştirak etdiyi bayram tədbirini Elmi işlər və innovasiya üzrə prorektor, professor Bəyalı Ataşov açıq elan etdi. O, bütün kollektivi universitetin rektoru, professor Eldar Quliyevin adından təbrik etdi. Natiq bildirdi ki, "Bu bayram xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib". 

Açılışdan sonra bayram şənliyi proqarama uyğun olaraq davam etdirildi. Qeyd edək ki, tədbirdə Azərbaycan milli musiqiləri, eyni zamanda incəsənət nümayəndələrinin şən ifaları səsləndirldi, müxtəlif rəqs nömrələri və keçəl-kosanın şən zarafatla dolu səhnəcikləri izlənildi. 


  • Kooperasiya Universitetində Novruz Bayramı qeyd olundu