Hollandiyanın Utrext şəhərində tramvayda insanlara atəş açmaqda şübhəli bilinən türk əsilli Hollandiya vətəndaşı, 37 yaşlı Gökmen Tanış hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Niderlandın Teleradioyayım Şirkətinin (NOS) "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, şübhəli şəxsin cinayəti törətməsinin səbəbi haqqında hələ heçnə məlum deyil. O, əvvəllər məhkumluq həyatı yaşayıb.

Hollandiyanın Utrext şəhərində naməlum şəxsin tramvayda atəş açması nəticəsində 3 nəfər ölüb.