26 Aprel 2019
25 Aprel 2019
58 yaşlı kişi hasarın altında qaldı
58 yaşlı kişi hasarın altında qaldı HADİSƏ 10:48 2019-03-19

Sumqayıtda 58 yaşlı kişi daş hasarın altında qalaraq ölüb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə 49-cu məhəllədə baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlunun üzərinə özünə məxsus fərdi yaşayış evinin həyətində daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.