21 Avqust 2019
20 Avqust 2019
Ölkəyə qanunsuz yolla spirtli içkilər və siqaretlər gətirmək istədi
Ölkəyə qanunsuz yolla spirtli içkilər və siqaretlər gətirmək istədi HADİSƏ 12:01 2019-03-19

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zaman nəqliyyat vasitəsindəki yataq dəstinin altından və salonun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilmiş üzərində "Tsianandali Saperavi" yazısı olan 30 ədəd 0,7 litrlik, üzərində "Hlibny Dar" yazısı olan 15 ədəd 1 litrlik spirtli içkilər, 1200 ədəd "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


  • Ölkəyə qanunsuz yolla spirtli içkilər və siqaretlər gətirmək istədi