26 Aprel 2019
Bakıda vətəndaşın bank hesabından oğurluq
Bakıda vətəndaşın bank hesabındanoğurluq KRİMİNAL 12:33 2019-03-19

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bank hesabından oğurluqla bağlı müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.