20 Aprel 2019
19 Aprel 2019
Ərdoğan edam cəzasını təsdiqləyəcəyini bəyan etdi - VİDEO
Ərdoğan edam cəzasını təsdiqləyəcəyini bəyan etdi -VİDEO DÜNYA 16:04 2019-03-19

Türkiyədə edam cəzası bərpa edilə bilər.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 31 mart bələdiyyə və ilk bələdiyyə ittifaq seçkiləri ilə bağlı keçirilən aksiya zamanı bəyan edib. Prezident Türkiyəyə rəhbərlik etdiyi dövrdən indiyənədək edam cəzasının qəbul etməməsinə görə, özünü təxsirkar bilib:

"Biz bir səhv etdik, edamı qaldırdıq. Mən yanlış olduğumu düşünürəm. Niyə? Çünki, 2015-ci ildə 15 iyul gecəsində 251 vətəndaşımız terrorçuların qurbanı oldu. Bu hadisəni törədənləri ağırlaşdırılmış da olsa, ömürlük də olsa həbsxanada onları bəsləmək belə mənə ağır gəlir. Parlamentimiz bu barədə qərar qəbul edərsə, bunu təsdiqləyəcəyəm. Yeni Zelandiya Parlamenti də edam cəzasını qəbul etməlidir. Xüsusən 50 müsəlanın ölümünə səbəb olan terorçunu da Yeni Zelandiya Hökuməti edam etməlidir.  Bunu Yeni Zelandiya hökuməti ilə müzakirə edəcəyəm. Bunu etmək lazımdır".