20 Aprel 2019
19 Aprel 2019
Nizami rayonunda İlaxır çərşənbə qeyd edildi - FOTOLAR
Nizami rayonunda İlaxır çərşənbə qeyd edildi- FOTOLAR CƏMİYYƏT 17:08 2019-03-19

Respublikamızın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd edilib.

Unikal.org xəbər verir ki, bayram şənliyi 19 mart 2019-cu il tarixində Heydər bağı – park bulvarda keçirilib.

Tədbirdə rayonun təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.

Bayram tonqalını alovlandıran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və  İlaxır çərşənbə münasibətilə təbrik  edib, dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb. 

Bayram tədbirində Novruz personajları – Bahar qızının könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat bəxş edib.

Bayram şənliyində rayon ərazisində yerləşən məktəblər, bağçalar, məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilib, baharın gəlişini əks etdirən əl işləri, bayram  xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunub, idmançıların nümunəvi çıxışları göstərilib. Həmçinin şənlikdə ümumtəhsil məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər, Azərbaycan xalq nağılları əsasında təşkil edilmiş səhnəciklər, folklor nümunələri nümayiş etdiriblər, bahara həsr olunmuş şeirlər söyləyiblər.
Bayram tədbirində iştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və bayram şirniyyatları təqdim edilib.

  • Nizami rayonunda İlaxır çərşənbə qeyd edildi- FOTOLAR