22 Aprel 2019
21 Aprel 2019
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub - FOTOLAR
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub -FOTOLAR CƏMİYYƏT 19:22 2019-03-19

Bu gün Abşeronda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Heydər Əliyev Parkında keçirilən şənlikdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhər sakinləri iştirak ediblər. 

Unikal.org xəbər verir ki, parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Parkda qutab, təndir çörəyi bişirilib, bayram şirniyyatları hazırlanaraq iştirakçılara paylanılıb. 

Dədə Qorqud və Bahar qızı yazın gəlişini müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Bayram şənliyinin məşəlini alovlandırmaq üçün “Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla tonqal qalanıb. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub.
Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın da qatıldığı bayram şənliyinə park gəzintisi ilə start verilib. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.

Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər. 

Gəzintidən sonra tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.
 
  • Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub -FOTOLAR