16 İyun 2019
15 İyun 2019
Putin istefadan qabaq Nazarbayevlə danışıb
Putin istefadan qabaq Nazarbayevlə danışıb DÜNYA 20:13 2019-03-19

Rusiya lideri Vladimir Putin bu gün günorta saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefonla danışıb.

Unikal.org xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O, Nazarbayevin istefasından əvvəl iki lider arasında təmasın olub-olmadığı barədə sualı cavablandırarkən deyib: "Bu gün gündüz prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub, amma biz bu danışığın məzmunu barədə informasiyaya malik deyilik. Kremlin mətbuat xidməti hazırda bunu heç cür şərh etmir".

Qeyd edək ki, bu gün Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev gözlənilmədən vəzifəsindən istefa verib. O, bu barədə qərarını televiziya vasitəsilə xalqa müraciətində bəyan edib.