19 İyul 2019
Azərbaycan elektrik enerjisi ixracını artırıb
Azərbaycan elektrik enerjisi ixracını artırıb İQTİSADİYYAT 23:14 2019-03-19

Yanvar-fevral aylarında Azərbaycanın elektrik enerjisi ixracı artıb. 

Dövlət Gömrük Komitəsindən (DGK) Unikal.org-a verilən məlumata görə, ötən 2 ayda ölkədən 701 milyon 931 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 30 milyon 471 min ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 398 milyon 840 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 20 milyon 290 min dollar olub.