Lənkəran şəhərində narkotik vasitədən ölüm hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, İrandan Azərbaycana qayıdan Lənkəran rayon Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Qabil İsmayıl oğlu Bağırovun səhhəti qəfil pisləşib.

Əldə etdiyimiz məlumata görə, Q.Bağırov Astara sərhəd-buraxılış məntəqəsindən keçərkən narkotik vasitəni daxili orqanında gizlədərək gömrük nəzarətindən yayınmaq istəyib. Lakin narkotik vasitə orqanizmə nüfuz etdiyindən ölümə səbəb olub.

Q.Bağırovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.