Bu gün Qazaxıstan parlamentinin sədri Qasım-Comərd Tokayev prezident kürsüsünə oturub.

Unikal.org xəbər verir ki, bu münasibətlə təntənəli andiçmə mərasimi keçirilib. 

Qazaxıstanın paytaxtı Astanada ölkə parlamentinin binasında andiçmə mərasimində Qasım-Comərd Tokayev  bu vəzifəni ləyaqətlə həyata keçirəcəyinə and içib. Tokayev Qazaxıstan xalqına sədaqətlə qulluq edəcəyini, respublokanın konstitusiyasına və qanunlarına ciddi riayət edəcəyini bəyan edib. Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev Tokayevə ölkə prezidenti vəsiqəsini, döş nişanını və prezident ştandartını təqdim edib. 

Qeyd edək ki, dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünən 29 ildən çox icra etdiyi prezident vəzifəsini tərk etdiyini bəyan edib. Nursultan Nazarbayev ömrünün sonuna kimi ölkə Təhlükəsizlik Şurasının sədri vəzifəsində qala biləcək.