Bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində qəza baş verib.

Unikal.org ona.az-a istinadən məlumatına görə, “Hundai-Elantra” markalı minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2-nin durumu ağırdır. Yaralılar Şirvan şəhər Xəstəxana yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.