Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva  senatının spikeri seçilib.

Unikal.org nur.kz-a istinadən xəbər verir ki, bu barədə  Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini ölkə Prezidenti Kasım-Jomart Tokayev təklif edib.

Qeyd edək ki, bundan əvvəl Dariqa Nazarbayeva Senatın Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışıb.