Bu gün Avropa Komissyiası “Google” şirkətini 1,49 milyard avro cərimələyib.

Unikal.org  TASS agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Avropa Komissyiasının rəqabət  üzər komissarı Marqret Vestaqer Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Komissar deyib ki, “Google” internetdə reklam yerləşdirərkən rəqabət üzrə Avropa normalarını pozduğu üçün cərimələnib.