Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-a FHN-dən verilən məlumata əsasən, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 64 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.