Göyçay rayonunda azyaşlını avtomobil vurub.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Ucar rayon sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlu şəhər ərazisində naməlum avtomobillə vurulub.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.