İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşları “İslam Dövləti” (İD) terror gruplaşmasının üzvünü tutublar. 

Unikal.org Türkiyə mətbuatına istinadən yaydığı xəbərinə görə, tutulan şəxs Türkiyə vətəndaşıdır. O, şəhərdə terror aktı hazırlayırmış. 

Qeyd edək ki, 4 gün qabaq “İD” öz tərəfdarlarını məscid və sinaqoqlarda terror aktı törətməyə çağırıb.